Haqqımızda

Biz kimik

Torontoda yerləşən Psiphon İnc. şirkəti həftədə 3 milyondan çox adamın internetə qoşulmasını təmin edən açıq mənbəli çoxplatformalı proqram istehsalçısıdır. Bacardığımız qədər yaxşı proqram təminatı hazırlamağı qarşıya məqsəd qoyan komanda kimi müntəzəm olaraq yeni məhsullar hazırlayır və durmadan böyüyən qlobal auditoriyamızın tələblərinə uyğunlaşmağa çalışırıq.

Rəhbər komanda

Maykl Hull Psiphon İnc.-in prezidentidir və Psiphonla lap əvvəldən, layihəyə Toronto universitetinin Vətəndaş Laboratoriyasında başlayandan birlikdədir. O vaxtdan proqramın inkişaf fəaliyyətinin rəhbəridir və Psiphonun yeniliklərlə dolu fəaliyyətinə, onun prosesin mərkəzində qalmasına yardım edir.

Proqram Genişlənməsi

Psiphonda istifadəçilərimizin müsbət təcrübəyə yiyələnməsini istəyirik. Bu o deməkdir ki, proqram təminatımız istifadəyə asan, şəbəkəmiz sürətli və hər ikisi qaya kimi davamlı olmalıdır. Bunların hamısına nail olmaq yaradıcılar üçün çətindir, daim dəyişən, çoxdilli və çoxplatformalı şəraitdə isə xüsusilə çətindir.

Biz həmçinin gərgin kadrarxası fəaliyyətin istifadəçilər üçün vacib olduğunu anlayırıq. Onları və onların məlumatlarını yüksək səviyyədə qorumaq üçün əlimizdən gələni edirik. İstifadəçilərimiz təhlükəsizliklərinin və şəxsi məlumatların sığortalanması tədbirlərindən xəbərsiz ola bilərlər, ancaq fəaliyyətimizi qiymətləndirirlər.

Psiphon proqramının yaradıcı komandası qadağalara qarşı ən yaxşı, ən sürətli, ən asan və mümkün qədər açıq həllər tapmağa çalışır. Həmçinin yeni istiqamətlər axtarırıq ki, təcrübəmiz bütün dünyada istifadəçiləri qorumağa, gücləndirməyə və beyinləri azad etməyə yarasın.

Əməliyyat və Əlaqələr

Böyük beynəlxaql yayımçılardan tutmuş bircə ölkədə fəaliyyət göstərən kiçik insan haqqları təşkilatlarına qədər müxtəlif şirkətlərlə əlaqələrimiz var. Bizim Əməliyyat və Əlaqələr komandamız öz yayım üsullarıyla Psiphona nə qədər adamın daxil olması haqda məlumat toplayır. Onlar həmçinin informasiyanın internetdən azad axınına təsir göstərə biləcək hadisələri, meylləri izləyir.

Əməkdaşlıq

Psiphon works closely with various groups to provide support and advice to people using Psiphon wherever they are. We have translations for our software in dozens of languages, and are adding more to our products through Transifex, with the help of the Localization Lab.

Əlaqə

Psiphonla əlaqə üçün email ünvanı:

info@psiphon.ca

Psiphon haqda son məlumatı əldə edin

Məktub abunəliyimizə qoşulun: